Brend yalnız loqo deyil
Güclü brend vizual elementlərin eyni üslubda görünməsindən daha çoxudur. Mövqe, ton, rəng sistemi, tipoqrafiya, fotoqrafiya istiqaməti və digital interfeyslər birlikdə markanın yadda qalmasını formalaşdırır.
Vizual sistemin qurulması
Biznesin auditoriyası, rəqib mühiti və fərqləndirici tərəfləri analiz edilir. Daha sonra logo istifadə qaydaları, rəng palitrası, tipoqrafiya, grid, sosial media şablonları və veb tətbiq prinsipləri vahid sistemə çevrilir.
Nəticə
Komandanız müxtəlif kanallarda eyni brend dilini qoruya bilir və yeni materiallar hazırlayarkən hər dəfə sıfırdan qərar verməyə ehtiyac qalmır.