UI gözəllik, UX isə rahatlıqdan daha çoxudur
Yaxşı məhsul dizaynı istifadəçinin məqsədini biznesin məqsədi ilə toqquşdurmadan eyni axında birləşdirir. Buna görə ekran dizaynından əvvəl məlumat strukturu, user flow, prioritetlər və riskli nöqtələr müəyyən edilir.
Prototipdən design system-ə
Wireframe-lər vasitəsilə struktur və funksional məntiq test olunur. Daha sonra vizual dil, komponentlər, states, responsive davranış və əlçatanlıq prinsipləri design system daxilində hazırlanır. Bu yanaşma development-i sürətləndirir və məhsul böyüdükcə vizual ardıcıllığı qoruyur.